Əhəd Məmmədli

Əhəd Məmmədli

AĞ Partiyanın başqanının birinci müavini Məmmədli
Əhəd Fərhad oğlu,1982-cü ildə Bakı şəhərində anadan olub.
2004-cü ildə BDU-nin Geologiya fakultəsini bitirib. 2001 ci ildə Musavat partiyasının üzvü olub.
2005-ci ildə Azərbaycanda ilk yaranan Gənclər Parlamentinin spikeri seçilib. Çağrı Gənclər Hərəkatının beynəlxalq məsələlər üzrə koordinatoru olub. Musavat gənclər təşkilatının sədr müavini, Musavat partiyasının başqanının müşaviri olub.
2011-ci ildə “ərəb baharı” inqilabları ərəfəsində Bakıda keçirilən 2 aprel mitinqinin təşkilatçısı kimi həbs olunaraq 3 il həbs cəzasına məhkum edilib,həmin il Beynəlxalq “Amnesty International” təşkilatı tərəfindən vicdan məhbusu kimi elan olunub və dünya səviyyəsində azadlığa çıxması üçün kompaniya başladılıb.
Siyasi fəaliyyəti dövründə bir çox siyasi gənclər təşkilatları və hərəkatlarının təsisçilərindən olub.
2015-ci il parlament seçkilərində gənclərin birgə iştirakı üçün yaradılan “Ağ Blok” adlı birliyin təsisçilərindən biridir
2016-cı il 26 iyun taririxində Ağ Partiyanın Başqanının birinci müavini vəzifəsinə təyin olunub və hazırda siyasi fəaliyyətini bu partiyada davam etdirir.
2018-ci ildə yaradılmış “Qarabağ Komitəsi”nin üzvüdür. Sivilizasiyalar və konfliktlər analitik mərkəzin rəhbəri, politoloqdur