Ramin Əbilov

Ramin Rəsul oğlu Əbilov. 25 sentyabr 1976-cı il tarixdə Masallı rayonunda anadan olmuşdur. 
Orta təhsilini 1983-93 illərdə Şamaxı şəhərində almışdır. 
Ali təhsilini 1993-97  illərdə Azərbaycan Dövlət İqtisat Universitetində almışdır. 
Hərbi xidmətini 1997-98 illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Sərhəd Qoşunlarında keçmişdir. 
1998-99 illərdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının, Azərbaycandakı Diplomatik Nümayəndəliyində humanitar yardımlara nəzarət inspektoru olaraq əmək fəaliyyətinə başlamışdır. 
2000-2002 illərdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş. 
2003-2018 illərdə “ACE Forwarding Caspian” logistika şirkətinin Gömrük Brokeri şöbəsinə rəhbərlik etmişdir. 
2018-ci ildən Ağ Partiya başqanının sosial-iqtisadi məsələlər üzrə müşaviridir. 
Ailəlidir, iki övladı var.