Rüfət Rzayev

Rzayev Rüfət Canəli oğlu 1981-ci ildə Lerik rayonunda anadan olub . 1987 -ci ildə Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbin 1-ci sinifinə qəbul olmuş və 1998-ci ildə Bakı şəhəri Binəqədi rayon 276 saylı orta məktəbi bitirmişdir.1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsalat və Xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi fakültəsinin qəbul olmuşdur . 1998-ci il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında kömpüter mütəxəssisi kimi əmək fəaliyyətinə başlamışdır . 1998-2002 illər ərzində Milli Hərbi geyim formalarının tərtibatında və hazırlanmasında yaxından iştirak etmişdir . Bu fəaliyyətə görə müxtəlif mükafat və fərmanlarla təltif olunmuşdur . 2004-cü ildə universiteti bitirib və 2018-ci ilə kimi ixtisasına uyğun olaraq ,idarəetmə sahəsində uğurlu fəaliyyət göstərmişdir .Müxtəlif beynalxalq dərəcəli təlimlərdə iştirakçısı olub . 2018-ci ildən Ağ Partiyanın sıralarında fəaliyyət göstərməkdədir .