Kamal Səlimov

Kamal Səlimov

Səlimov Kamal İlham oğlu 1989-cu il avqustun 19-da Kürdəmir şəhərində anadan olub. 1996-cı ildə Tofiq İsmayılov adına Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə birinci sinifə başlayıb və 2007-ci ildə  həmin məktəbi bitirib. 2007-ci ildə Qərb Universitetinin Beynəlxalq Jurnalistika ixtisasına qəbul olub və 2011-ci ildə məzun olub.
2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti bitirdikdən sonra müxtəlif media orqanlarında və qeyri-hökumət təşkilatlarında işləyib. 2013-2014-cü illərdə Media Təqib Mərkəzinin xəbər analizi şöbəsinin əməkdaşı olub. 2014-2015-ci illərdə Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən İpək yolu nəşriyyatında və “İrfan” jurnalında işləyib. Türkiyə- Azərbaycan Media Əməkdaşlıq Proqramı Çərçivəsində TRT-1 kanalında staj keçib. 
2015-ci ildə Türkiyə Dövlətinin təqaüdü ilə magistr təhsili almaq üçün İzmir şəhərinə gedib. Türkiyədə təhsil aldığı müddətdə “Dünyanın Sesi” adlı qəzet təsis edib.
Magistr təhsili aldığı müddətdə dünyanın müxtəlif ölkələrində keçirilən elmi konfranslarda mühazirələrlə çıxış edib. Ege Universitetinin magistr dərəcəsindən məzun olan Kamal Səlimov daha sonra  Ege Universitetinin doktorantura pilləsinə daxil olub. Müxtəlif akademik jurnallarda elmi məqalələri dərc olunan Kamal Səlimovun, akademik çalışma sahəsi siyasət fəlsəfəsidir.

2015-ci ildə yaradılmış AĞ Blok-un təsisçilərindən olub. Agxeber.com internet saytının redaktorudur.2020-ci il 9 fevral Milli Məclisə növbədənkənar seçkilərdə 57 saylı seçki dairəsindən deputatlığa namizəd olub.
Ailəlidir, bir övladı var.