AĞ Partiya geri dön

Əhmədova Vusalə

Əhmədova Vüsalə Hüseyn qızı
Bakı şəhəri Nəsimi rayonu 42 saylı orta məktəbdə orta təhsil almışdır. Qafqaz Universitetinin İqtisadi və İdari Bilimlər fakültəsində “Dövlət və Bələdiyyə İdarəetməsi” ixtisası üzrə bakalavr təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın Hüquqi Tənzimlənməsi” ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. Hazırda İstanbul Dövlət Universitetinin Hüquq Fakültəsinin “Beynəlxalq Hüquq” kafedrasının doktorantıdır. Çox sayda elmi məqalələrin müəllifidir. Bir cox beynəlxalq elmi konferansların iştirakçısı olub, fəxri diplomlara layiq görülüb. İdarəetmə, maliyyə, sığorta, hüquq və tərcüməçilik sahələri üzrə fəaliyyət göstərmişdir. 2015-ci ildə “İqtisadi, Sosial və Hüquq İdeyaları Mərkəzini” təsis edib. Mətbuatda iqtisadi-huquq məsələləri üzrə mütəxəssis qismində çıxış edir. 2016-cı il Ag Partiyanın təsisçilərindən biridir, partiyanın İdarə Heyətinin və Ali Məclisinin üzvü, həmçinin iqtisadi-hüquq komissiyasının rəhbəridir. Qarabağ Komitəsinin üzvüdür. İngilis, rus, türk dillərini mükəmməl bilir. Evli deyil.