AĞ Partiya geri dön

Eltac Qayıblı

Qayıblı Eltac Yaqub oğlu 28.08.1988 ci ildə Gürcüstan respublikasının Qaraçöp elində anadan olub.1995 ci ildə Yor-Muğanlı kənd orta məktəbinə daxil olmuş.2006 cı ildə məktəbi əlaçı olaraq bitirmiş,elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının,Neft Mexanika Fukultəsinin,Neft istehsalı və Emalı ixtisasına yüksək puanla qəbul olmuşdur.2010 cu ildə “QIRMIZI DIPLOM” la bitirmiş,ardından Bakı Dövlət Universitetinin (BDU) Kompyuter Mühəndisliyi üzərinə Magistratura təhsili alıb.Hal-hazırda Doktorantura təhsilini davam etdirir.Qayıblı Eltac təhsil aldığı zaman ixtisas dəyişdirmədə fərqlilik göstərərək “Prezident Təqaüdcüsü” ünvanına layiq görülmüşdür.Bu zaman ərzində bir neçə böyük layihələrdə iştirak etmişdir o cümlədən “BREYN RING”, ”SOCAR TOWER”, ”BP STUDENT”.Bir neçə Avropa və orta Asya ölkələrinin qabaqcıl universitetlərində Azərbaycanı təmsil edərək konferanslarda iştirak etmişidir.Qayıblı Eltac “Plaşkalı Preventor” “Fontan Armaturunun tənzimlənən drosseli 21 MPA” Neft Quyularının təkrar istismarı” ,”Təsadüfi kəmiyyətlərin həqiqi kəmiyyətlərə çevrilməsi” layihələrinin müəllifidir.2007 ci ildə Bakı Bibiheybət neft çıxarma məntəqəsində,2009 cu ildə Bakı dərin özlülər zavodunda praktiki təcrübələrdə olmuşdur.2009-2010 cu illər Bakı AzinMaş neft zavodunda təlimlərdə iştirak etmişdir.2009 cu ildə Azərbaycanda Universitetlər arasında keçirilən Riyazi bilik yarışmasının qalibi olmuşdur.2009-2011 ci illərdə “Bakı Alov qüllələri” layihəsində Dia HOLDING nəzdində Raduga Stroy şirkətinin idarə heyətinin sədri.2011-2013 cu illərdə Gürcüstan respublikası Turizm nazirliyi nəzdində “DEKON construction” şirkətinin Maliyyə şöbəsinin müdürü.2013-2015 ci illərdə “Qala altı” istirahət kompleksinin yenidən qurulması layihəsində Rönasans şirkətinin nəzdində Raduga Stroyun Layihə rəhbəri.2016-2017 cı illərdə Tovuz-Ceyrançöl suvarma sistemi layihəsində Paşa Holding nəzdində North WEST Construction şirkətinin sahə mühəndisi olaraq fəaliyyət göstərmişdir.2017 ci ildən Azərbaycanda fəaliyyət göstərən “Qayıblı inşaat MMC” inşaat şirkətinin direktorudur,eyni zamanda Bizneslə məşğuldur.2021 ci ildən AĞ Partiya başqanının fəxri müşaviridir eyni zamanda idarə heyətinin üzvüdür.Ailəlidir 1 oğlu 1 qızı var.