AĞ Partiya geri dön

Ramin Əbilov

Ramin Rəsul oğlu Əbilov. 25 sentyabr 1976-cı il tarixdə Masallı rayonunda anadan olmuşdur.
Orta təhsilini 1983-93 illərdə Şamaxı şəhərində almışdır.
Ali təhsilini 1993-97 illərdə Azərbaycan Dövlət İqtisat Universitetində almışdır.
Hərbi xidmətini 1997-98 illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Sərhəd Qoşunlarında keçmişdir.
1998-99 illərdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının, Azərbaycandakı Diplomatik Nümayəndəliyində humanitar yardımlara nəzarət inspektoru olaraq əmək fəaliyyətinə başlamışdır.
2000-2002 illərdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş.
2003-2018 illərdə “ACE Forwarding Caspian” logistika şirkətinin Gömrük Brokeri şöbəsinə rəhbərlik etmişdir.
2018-ci ildən Ağ Partiya başqanının sosial-iqtisadi məsələlər üzrə müşaviridir.
Ailəlidir, iki övladı var.