AĞ Partiya geri dön

Səddam Nəcəfov

Nəcəfov Səddam Saməddin oğlu. 1990 cı il, 26 avqustda Şabran rayonunda dünyaya gəlib. 1993 cü ildə ailəsi ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçmüşdür. Birinci sinifə 1997 ci ildə 288 saylı tam orta məktəbdə başlamışdır. 2003 cü ildən təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirmişdir. 2008 ci ildə məktəbi bitirmiş, elə həmən ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuşdur. 2012 ci ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. Hər zaman siyasətlə maraqlanıb, aktivlik göstərməsinin nəticəsində, 2016 cı ildə siyasi və ideoloji baxımdan özünə yaxın bildiyi Ağ partiya sıralarına qoşularaq İdarə Heyətinin üzvü vəzifəsinə layiq görülür. Bunun nəticəsində 2019 cu ildə keçirilən bələdiyyə seçkilərinə və eyni ildə keçirilən parlament seçkilərinə təmsil olunduğu partiya sıraların namizədliyini irəli sürmüşdür .