AĞ Partiya geri dön

Tural Abbaslı

Abbaslı Tural Feyruz oğlu 13 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə 4 nömrəli Humanitar Fənlər Gimnaziyasını bitirib.1999–2003-cü illərdə Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistratura pilləsinə daxil olub. 2011-ci il 2 aprel mitinqində təşkilatçı kimi qanunsuz həbs olunduğu üçün BDU-nun magistratura pilləsini bitirməyinə bir ay qalmış qeyri-qanuni olaraq universitetdən xaric edilib. İctimai-siyasi fəaliyyəti 2000–2016-cı illərdə Müsavat Partiyasının üzvü olub. 2001–2007-ci illərdə Müsavat Gənclər Təşkilatının sədr müavini olub. 2005–2010-cu illərdə Müsavat Partiyası Səbail rayon təşkilatında sədr müavini olub. 2007–2013-cü illərdə Müsavat Gənclər Təşkilatının sədri olub. 2007–2014-cü illərdə Müsavat Partiyası Məclis üzvü olub. 2010–2014-cü illərdə Müsavat Partiyasının Divan (idarə heyəti) üzvü olub. Seçki ərəfəsində yaradılmış AXCP-Müsavat Blokunun yaradıcılarından biri olmuşdur. 2010-cu ildə İctimai Palatanın həmtəsisçilərindən biri olub. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində yaradılmış Milli Şuranın qurucu üzvlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olub. 2007–2014-cü illərdə keçirilən piket və mitinqlərin təşkilatçısı kimi dəfələrlə qanunsuz siyasi inzibati həbslərə məruz qalıb. 2011-ci ildə "ərəb baharı" inqilabları ərəfəsində Bakıda keçirilən 2 aprel mitinqinin təşkilatçısı kimi həbs olunaraq 2 il 6 ay həbs cəzasına məhkum edilib və həmin il Beynəlxalq "Amnesty International" təşkilatı tərəfindən vicdan məhbusu elan olunub və dünya səviyyəsində azadlığa çıxması üçün kampaniya başladılıb. Siyasi fəaliyyəti dövründə bir çox siyasi gənclər təşkilatları və hərəkatlarının təsisçilərindən olub. 2015-ci il parlament seçkilərində gənclərin birgə iştirakı üçün yaradılan "Ağ Blok" adlı birliyin təsisçilərindən biridir. 2016-cı ilin fevralında bir sıra müxalifət partiyaları tərəfindən yaradılan Antiböhran Koalisiyasının təmsilçilərindən olub. 2016-cı il 26 iyun tarixində Ağ Partiyasının Başqanı (sədri) vəzifəsinə seçilib və hazırda siyasi fəaliyyətini bu partiyada davam etdirir. 2018-ci il aprelin 11-də keçirilən prezident seçkisində öz namizədliyini irəli sürmüşdür. Ancaq kifayət edən imza toplansa da, MSK tərəfindən namizədliyi qeydə alınmamışdır. 2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin təsisçilərindən biridir. 2019-cu ildə siyasi partiyaların birliyi olan Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən biri olub. 2020-ci il 9 fevral Milli Məclisə növbədənkənar seçkilərdə 21 saylı Nəsimi Birinci seçki dairəsindən deputatlığa namizəd olub.

Abbaslı Tural Feyruz oğlu 13 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə 4 nömrəli Humanitar Fənlər Gimnaziyasını bitirib.1999–2003-cü illərdə Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistratura pilləsinə daxil olub. 2011-ci il 2 aprel mitinqində təşkilatçı kimi qanunsuz həbs olunduğu üçün BDU-nun magistratura pilləsini bitirməyinə bir ay qalmış qeyri-qanuni olaraq universitetdən xaric edilib. İctimai-siyasi fəaliyyəti 2000–2016-cı illərdə Müsavat Partiyasının üzvü olub. 2001–2007-ci illərdə Müsavat Gənclər Təşkilatının sədr müavini olub. 2005–2010-cu illərdə Müsavat Partiyası Səbail rayon təşkilatında sədr müavini olub. 2007–2013-cü illərdə Müsavat Gənclər Təşkilatının sədri olub. 2007–2014-cü illərdə Müsavat Partiyası Məclis üzvü olub. 2010–2014-cü illərdə Müsavat Partiyasının Divan (idarə heyəti) üzvü olub. Seçki ərəfəsində yaradılmış AXCP-Müsavat Blokunun yaradıcılarından biri olmuşdur. 2010-cu ildə İctimai Palatanın həmtəsisçilərindən biri olub. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində yaradılmış Milli Şuranın qurucu üzvlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olub. 2007–2014-cü illərdə keçirilən piket və mitinqlərin təşkilatçısı kimi dəfələrlə qanunsuz siyasi inzibati həbslərə məruz qalıb. 2011-ci ildə “ərəb baharı” inqilabları ərəfəsində Bakıda keçirilən 2 aprel mitinqinin təşkilatçısı kimi həbs olunaraq 2 il 6 ay həbs cəzasına məhkum edilib və həmin il Beynəlxalq “Amnesty International” təşkilatı tərəfindən vicdan məhbusu elan olunub və dünya səviyyəsində azadlığa çıxması üçün kampaniya başladılıb. Siyasi fəaliyyəti dövründə bir çox siyasi gənclər təşkilatları və hərəkatlarının təsisçilərindən olub. 2015-ci il parlament seçkilərində gənclərin birgə iştirakı üçün yaradılan “Ağ Blok” adlı birliyin təsisçilərindən biridir. 2016-cı ilin fevralında bir sıra müxalifət partiyaları tərəfindən yaradılan Antiböhran Koalisiyasının təmsilçilərindən olub. 2016-cı il 26 iyun tarixində Ağ Partiyasının Başqanı (sədri) vəzifəsinə seçilib və hazırda siyasi fəaliyyətini bu partiyada davam etdirir. 2018-ci il aprelin 11-də keçirilən prezident seçkisində öz namizədliyini irəli sürmüşdür. Ancaq kifayət edən imza toplansa da, MSK tərəfindən namizədliyi qeydə alınmamışdır. 2018-ci ildə yaradılan “Qarabağ Komitəsi”nin təsisçilərindən biridir. 2019-cu ildə siyasi partiyaların birliyi olan Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən biri olub. 2020-ci il 9 fevral Milli Məclisə növbədənkənar seçkilərdə 21 saylı Nəsimi Birinci seçki dairəsindən deputatlığa namizəd olub.