• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

TURAL ABBASLI

Image Here

Tural Abbaslı Feyruz oğlu

Abbaslı Tural Feyruz oğlu 13 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1999-cu ildə 4 nömrəli Humanitar Fənlər gimnaziyasını bitirib.1999-2003-cü illərdə Müstəqil
Azərbaycan  Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2009-cu ildə Bakı
Dövlət Universitetinin Jurnalistika fakultəsinin  magistratura pilləsinə daxil olub. 2011-ci il 2 aprel mitinqində təşkilatçı kimi qanunsuz həbs olunduğu  üçün BDU-nun magistratura pilləsini
bitirməyinə bir ay qalmış qeyri-qanuni olaraq universitetdən xaric edilmişdir.

AĞ Partiya olaraq biz ən aşağı təbəqənin partiyasıyıq ! Biz məmurların, harınlamışların partiyası deyilik... Fəhləsinin, kəndlisinin partiyasıyıq..!

İctimai-siyasi fəaliyyəti:

2000-2016-cı illərdə Müsavat Partiyasının üzvü olub.
2001-2007-ci illərdə Müsavat Gənclər Təşkilatının sədr müavini olub.
2005-2010-cu illərdə Müsavat Partiyası Səbail rayon təşkilatında sədr müavini olub.
2007-2013-cü illərdə Müsavat Gənclər təşkilatının sədri olub.
2007-2014-cü illərdə Müsavat Partiyası Məclis üzvü olub.
2010-2014-cü illərdə Müsavat partiyasının Divan (idarə heyəti) üzvü olub. Seçki ərəfəsində yaradılmış AXCP-Müsavat Blokunun yaradıcılarından biri olmuşdur.
2010-cu ildə İctimai Palatanın həmtəsisçilərindən biri olub.
2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində yaradılmış Milli Şuranın qurucu üzvlərindən biri olmuşdur.
2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olub.
2007-2014-cü illərdə keçirilən piket və mitinqlərin təşkilatçısı kimi dəfələrlə qanunsuz siyasi inzibati həbslərə məruz qalıb.
Siyasi fəaliyyəti dövründə bir çox siyasi gənclər təşkilatları və hərəkatlarının təsisçilərindən olub.
2015-ci il parlament seçkilərində gənclərin birgə iştirakı üçün yaradılan “Ağ Blok” adlı birliyin təsisçilərindən biridir.
2016-cı ilin fevralında bir sıra müxalifət partiyaları tərəfindən yaradılan Antiböhran Koalisiyasının təmsilçilərindən olub.
2016-cı il 26 iyun taririxində Ağ Partiyasının Başqanı (sədri) vəzifəsinə seçilib və hazırda siyasi fəaliyyətini bu partiyada davam etdirir.
2018-ci il 11 apreldə keçrilən prezident seçkisində öz namizədliyini irəli sürmüşdür. Ancaq kifayət edən imza toplansa da MSK tərəfindən namizədliyi qeydə alınmamışdır.
2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin təsisçilərindən biridir.
2019-cu ildə siyasi partiyaların birliyi olan Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən biri olub.
2020-ci il 9 fevral Milli Məclisə növbədənkənar seçkilərdə 21 saylı Nəsimi Birinci seşki dairəsindən deputatlığa namizəd olub.

TƏHSİLİ

  • 2003
    Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsi
  • 2022
    Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi , magistratura pilləsi
  • Image Here
    VİCDAN MƏHBUSU

    2011-ci ildə "ərəb baharı" inqilabları ərəfəsində Bakıda keçirilən 2 aprel
    mitinqinin təşkilatçısı kimi həbs olunaraq 2 il 6 ay həbs cəzasına məhkum
    edilib və həmin il Beynəlxalq "Amnesty International" təşkilatı tərəfindən
    vicdan məhbusu kimi elan olunub və dünya səviyyəsində azadlığa çıxması
    üçün kompaniya başladılmışdır.

  • Image Here
    TƏZYİQLƏR

    2011-ci il 2 aprel mitinqində təşkilatçı kimi qanunsuz həbs olunduğu üçün BDU-nun magistratura pilləsini bitirməyinə bir ay qalmış qeyri-qanuni olaraq
    universitetdən xaric edilmişdir . Lakin 2022-ci ildə təhsilini yenidən bərpa
    edərək tamamlamışdır .