• +994 55 754 56 99
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

AĞ PARTİYA HAQDA

Ağ Partiyanın

qısa tarixçəsi

  • 1993
    Yaranması:

    Ağ Partiyası, Ağ Partiya və ya qısaca AğP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya.

    Rəsmi olaraq 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə qeydiyyata alınan partiya 1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-ci ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-ci ildən Tural Abbaslıdır.

    Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir.



  • Sələfi:

    Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur.

    O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir.

    26 iyun 2016 tarixində partiya qurultayı keçirilmiş və qurultayda Vahid Azərbaycan Partiyasının adı Ağ Partiya olaraq dəyişdirilmiş, Tural Abbaslı isə partiyanın sədri seçilmişdir.

  • 2020
    Qeydiyyata alınması

    7 may 2020-ci ildə Ağ Partiyanın ad dəyişikliyi Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənərək partiya "Ağ Partiyası" adı ilə yenidən dövlət qeydiyyatına alınmışdır.

    Ağ Partiyasının doktorinası "Milli nizam" ideologiyasıdır. Ağ Partiyası "yeni osmançılıq" siyasətinin türk-islam coğrafiyasında təbliğinin, yayılmasının və inkişafının tərəfdarıdır. Osmanlı-Səfəvi reallığının birləşdirilməsi ilə "milli barışığa" nail olmaq Ağ Partiyanın məqsədlərindəndir.



  • Logosunun izahı

    Ağ Partiyanın loqosu Türk kimliyinin və Ümmət bilincinin ifadəsidir. Loqodakı " tamqalar" Azərbaycan dövlətçiliyinin ehtişamı olan Avşar boyunun və milli mirasımızın ifadəsidir.

    Burada Azərbaycan dövlətçilik tarixi bir nümunədə ümumən ifadə edilir.Loqo mərkəzindəki Lalə Türk islam dünyasının cahanşümul ifadəsi olan Osmanlı dövlətini ifadə edir. Loqodakı tamqa arası nöqtələr birləşdirici amildir. Loqo tamamında milli kimliyimizi qoruyan bir qalxanın simvoludur.

    2022

    Seçkilərdə

    Ağ Partiyası yeni adı ilə qeydiyyata alındıqdan sonra seçkilər keçirilmədiyi üçün rəsmi olaraq indiyədək seçkilərə Vahid Azərbaycan Partiyası adı ilə qatılmışdır.

  • Partiyanın sədri

    Tural Abbaslı 2016-cı ildə isə Müsavat Partiyasından istefa verərək dövlət qeydiyyatında olan Vahid Azərbaycan Partiyasına üzv olmuşdur. 26 iyun 2016 tarixində partiya qurultayı keçirilmiş və qurultayda Vahid Azərbaycan Partiyasının adı Ağ Partiya olaraq dəyişdirilmiş, Tural Abbaslı isə partiyanın sədri seçilmişdir.

Partiyaya

Dəstək olmaq istəyirsiz?

Aşağıdaki linklərdən birinə daxil olaraq partiyaya dəstək ola bilərsiniz ! İman, İnam, Cəsarət hər şeyə yetər!