• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

ƏHƏD MƏMMƏDLİ

Image Here

Əhəd Məmmədli Fərhad oğlu

Əhəd Fərhad oğlu Məmmədli 1982-ci ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə BDU-nin Geologiya fakultəsini bitirib. 2001 ildən siyasi fəaliyyətə başlayıb və Musavat partiyasına üzv olub.

Ölkəmizdə ideoloji boşluğu dolduracaq, milli-dövlət maraqlarımıza cavab verəcək yeganə yol Türk-İslam dəyərləri və qardaş Türkiyə ilə birgə addımlamaqdan keçir!

İctimai-siyasi fəaliyyəti:

2001 ildə Musavat partiyasının üzvü olub.

2005-ci ildə Azərbaycanda ilk yaranan Gənclər Parlamentinin spikeri seçilib. Çağrı Gənclər Hərəkatının beynəlxalq məsələlər üzrə koordinatoru olub.

Musavat gənclər təşkilatının sədr müavini, Musavat partiyasının başqanının müşaviri olub.

2011-ci ildə “ərəb baharı” inqilabları ərəfəsində Bakıda keçirilən 2 aprel mitinqinin təşkilatçısı kimi həbs olunaraq 3 il həbs cəzasına məhkum edilib,həmin il Beynəlxalq “Amnesty International” təşkilatı tərəfindən vicdan məhbusu kimi elan olunub və dünya səviyyəsində azadlığa çıxması üçün kompaniya başladılıb.

Siyasi fəaliyyəti dövründə bir çox siyasi gənclər təşkilatları və hərəkatlarının təsisçilərindən olub.

2015-ci il parlament seçkilərində gənclərin birgə iştirakı üçün yaradılan “Ağ Blok” adlı birliyin təsisçilərindən biridir.

2016-cı il 26 iyun taririxində Ağ Partiyanın Başqanının birinci müavini vəzifəsinə təyin olunub və hazırda siyasi fəaliyyətini bu partiyada davam etdirir.

2018-ci ildə yaradılmış "Qarabağ Komitəsi"nin üzvüdür, politoloqdur.

TƏHSİLİ

  • 2004
    Bakı Dövlət Universitetinin Geologiya fakultəsi
  • Image Here
    VİCDAN MƏHBUSU

    2011-ci ildə "ərəb baharı" inqilabları ərəfəsində Bakıda keçirilən 2 aprel
    mitinqinin təşkilatçısı kimi həbs olunaraq 3 il həbs cəzasına məhkum
    edilib və həmin il Beynəlxalq "Amnesty International" təşkilatı tərəfindən
    vicdan məhbusu kimi elan olunub və dünya səviyyəsində azadlığa çıxması
    üçün kompaniya başladılmışdır.