• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Ağ Partiya Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edib!

28 May - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gündə bir neçə siyasi partiya və ictimai fəallar Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət ediblər.

Bakının Novxanı qəsəbəsində yerləşən abidəni ziyarət edən siyasi qüvvələr arasında Ağ partiyası da var idi.

Partiyanın sədri Tural Abbaslı Rəsulzadənin abidəsi önündə çıxış zamanı 104 il öncə AXC tərəfindən əsası qoyulan yaradılan təməl prinsiplərin uzun müddət aktual qalacağını vurğuladı:

“Bundan sonra da yüz illər ərzində biz həmin Rəsulzadə yolu ilə, istiqlal yolu ilə yürüyəcəyik. Və o yol deyir ki, Azərbaycan əbədiyyən müstəqil olacaq. Azərbaycan dünyanın demokratik xalqlarının, Avropa ailəsinin tam hüquqlu üzvü olacaq.”

Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 104 il öncə, 1918-ci ilin 28 may tarixində qurulub və 1920-ci ilin 27 aprel tarixində Sovet Rusiyasının işğalı nəticəsində süquta uğrayıb.