AĞ Partiya Makronun sayıqlaması ilə bağlı bəyanat yayıb
Son günlər Fransa Prezidenti Emmanuel Makron siyasi etikaya, dövlətlərarası münasibətlər sisteminə sığmayan açıqlamalar verir.
Makronun bu cür bəyanatlarla çıxış etməsinin bir səbəbi var:
Bu çıxışların heç bir nəticəsi olmayacaq. Makron əgər bu açıqlamalarını davam etdirəcəksə, o zaman Fransa bütün Qafqazı itirəcək.
Azərbaycan Fransa ilə diplomatik əlaqələrinə yenidən baxmalıdır. Fransa Prezidenti Emmanuel Makron şərəf və ləyaqətini erməni pullarına satıb.
Makronun həddini aşan bu açıqlamasına Azərbaycan rəsmi etirazını bildirməlidir. Gördüyünüz kimi, Makron ölkəsini Rusiya-Ukrayna müharibəsi fonunda düşdüyü böhrandan çıxarmaq üçün yollar axtarır. Gözlənilən böhrandan çıxmaqda Fransaya Zəngəzur dəhlizinin də, Azərbaycan qazının da bir xeyli köməyi dəyə bilər. Lakin hər şeyə rəğmən Makron Zəngəzur dəhlizinin açılmasını əngəlləmək, bloklamaq xəttini yürüdür, Azərbaycana qarşı davamlı təxribatlar törədən Ermənistanın yanında yer almağa üstünlük verir, "Qarabağ məsələsində İrəvan mənə arxalana bilər" deyə hegemonluq edir.
Fransız prezident bununla Fransanın sülhü yox, işğalı dəstəklədiyini, obyektiv ölkə olmasını şübhə altına aldığını və beynəlxalq hüququ tapdaladığını bir daha sübut etmiş oldu...
