AĞ Partiyasının Mərkəzi Aparatı Oktyabr ayı ərzində partiyanın fəaliyyəti ilə bağlı məlumat yayıb!
PRESS-RELİZ
Dünən AĞ Partiyası Mərkəzi Aparatının növbəti iclası keçirilib .

İclasda gündəmi əhatə edən mövzular , ölkədə və dünyada baş verən proseslər, siyasi partiyalar haqda yeni qanun lahiyəsi və digər mövzular müzakirə olunub.
İclasda həmçinin struktur fəaliyyəti və partiyanın müvafiq şöbələrinin aidiyyatı üzrə hesabatları dinlənilib.
Təbliğat və Təşkilat şöbələri partiyanın Oktyabr ayı ərzində göstərdiyi fəaliyyəti ilə bağlı açıqlamalar veriblər :
Oktyabr ayının ilk həftələrində , partiya yetkililəri – AĞ Partiyasının sədri Tural Abbaslı və partiyanın rəhbər heyəti müxtəlif İnternet Televiziyalarında canlı efirlərə çıxıblar və mətbuata müsahibələr verərək ölkə gündəmini dəyərləndirib, AĞ Partiyasının siyasi mövqeyini tamaşaçıların diqqətinə çatdırılblar.
Partiya sədri Tural Abbaslının 40 dan çox müxtəlif media saytlarına açıqlamarı və canlı TV verlişlərdə çıxışları olub .
Ətraflı : Burada
Partiya sədrinin birinci müavini Əhəd Məmmədlinin 20-yə yaxın müxtəlif media saytlarına açıqlamarı və canlı TV verlişlərdə çıxışları olub .
Ətraflı : Burada
Partiya sözcüsü Cavanşir Abbaslının 10-dan çox müxtəlif media saytlarına açıqlamarı və canlı TV verlişlərdə çıxışları olub .
Ətraflı : Burada
Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədlinin 15-ə yaxın müxtəlif media saytlarına açıqlamarı olub.
Ətraflı : Burada
Partiya sədrinin müavini Rəhim Əhmədzadə 15-ə yaxın müxtəlif media saytlarına açıqlamarı olub .
Ətraflı : Burada
Partiya sədrinin köməkçisi Mətləb Aslanov, Partiya sədrinin müşavirləri Azər Hüseynov və Araz Teymurlu, Qadınlar Təşkilatının sədri Amirova Malvina və Gənclər Təşkilatının sədri Mehdi Ağazadənin müsahibələri olub .
Ətraflı : Burada
İclasda rayon səfərləri ilə bağlıda məlumat verilib.
Oktyabr ayı ərzində , AĞ Partiyasının rəhbərliyi ilə Gənclər Təşkilatı,Binəqədi, Sumqayıt,Xətai,Xəzər,Quba,Şabran,Ağdaş və Salyan rayonlarının görüşləri keçirib, şöbələrin konfransa hazırlığı yoxlanılıb, sözügedən rayonlarda konfransa hazırlıq üzrə Təşkilat Komitələri yaradılıb.
Bu görüşlər haqda ətraflı məlumat partiyanın rəsmi saytında dərc olunub .