• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin müzakirəsi keçirilib.

Məlumat:

AĞ Partiyanın mərkəzi qərargahında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin müzakirəsi keçirilib. Müzakirələrdə AĞ Partiya ilə yanaşı Azərbaycan Xalq Partiyası və Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi də iştirak edib. 

Toplantını giriş sözü ilə AĞ Partiya başqanı Tural Abbaslı açıb və iştiraka görə təşəkkür edib. Ardınca AĞ Partiya Mərkəzi Aparatının rəhbəri Kamran Məmmədlinin məruzəsi dinlənilib. 

Daha sonra çıxışlara yer verilib. AXP sədri Panah Huseyn , AMİP Mərkəzi Şurasının sədri Rashad Bayramov, AMİP sədrinin müavini Elshan Mustafayev , AXP Məzahir İsrafilov və digərləri çıxış edərək qanun layihəsinə bir sıra əlavə və düzəlişlərin edilməsinə baxmayaraq qanunun bu şəkildə qəbulunun siyasi partiyaların maraqlarına cavab vermədiyini bildirərək, bir sıra müddəalara etirazlarını bildiriblər.

 Çıxışlarda həmçinin qanun lahiyəsinin əslində ölkədə siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmağa xidmət etdiyi qeyd olunub və qanunun tətbiqinin növbəti parlament seçkilərindən sonraya saxlanılması ilə bağlı prezidentə müraciət olunması ilə əlaqədar çağırışlar səsləndirilib.