Bu gün AĞ Partiya Mərkəzi Aparatının iclası keçirilib .
İclasda son baş verən müəyyən təşkilati hadisələr , partiyanın təşkilati fəaliyyəti və digər məsələlər müzakirə olunub .
İclasın yekununda AĞ Partiya Mərkəzi Aparatı tərəfindən müəyyən qərarlar alınıb , alınan qərarlara müvafiq olaraq MA sədri Kamran Məmmədli tərəfindən sərəncam verilib .
Sərəncamda deyilir :
1) Partiyanın təşkilati məsələlərinin dahada təkminləşdirilməsi və kompaktlaşdırılması məqsədi ilə MA Təşkilat şöbəsi ləğv edilsin.
Bundan sonra ləğv edilmiş təşkilat şöbəsinin funksiyasını birbaşa MA sədri və onun müavinləri həyata keçirsin !
2) Mərkəzi Aparat Nəzarət-Araşdırma şöbəsinin sədri Afiq Həsənov MA sədrinin müavini təyin olunsun .
3) Təbliğat şöbəsinin sədri Arzu Sayadoğlu vəzifəsindən azad edilsin .
Şöbənin fəaliyyəti ilə bağlı iş müvəqqəti olaraq Yusif Müzəffəroğluna tapşırılsın .
4) Tədbirlərin Təşkili və Texniki dəstək şöbəsi yaradılsın !
Digər şöbələrin fəaliyyətində isə heç bir dəyişiklik edilmir və onlar əvvəlki qaydada fəaliyyətlərini davam etdirəcəklər .
Bakı şəhəri 12.12.2022.