Bu gün AĞ Partiya Xəzər rayonu Təşkilatında təşkilatın sədri, müavinlər, üzvlərin iştirakı ilə növbəti iclas keçirildi. Görüşdə qarşıda duran əsas məsələlər – xalqımızın mili bayramı olan Novruz bayramı ilə bağlı tədbirlərin keçirilməsi, təşkilata qəbul edilən yeni üzvlə tanışlıq məsələləri və təşkilatın qarşısında duran vəzifələr, təbliğat işləri müzakirə edildi.
Iclas torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İclası açan Təşkilat sədri Afət Möhbalı Türk dünyasının milli bayramı olan Novruz bayramı münasibəti ilə başda şəhid ailələri, qazilərimiz, əsgərlərimiz olmaqla xalqımızın və ümuməm türk dünyasının bayramını təbrik etdi. Afət Möhbalı Novruz bayramına qədim zamanlardan Ərgənəkon da deyildiyini diqqətə çatdıraraq bununla bağlı qədim türk əfsanəsini, Türklərin yeni gündə yaz fəslinin yeni günündə sığındığı dağdan – Ərgənəkondan yenidən dünyaya yayıldıqlarını xatırlatdı. Tədbirin digər iştirakçıları da öz növbələrində xalqımızı bayram münasibəti ilə təbrik etdilər.
Təşkilat sədri Afət Möhbalı AĞ partiya Xəzər rayon Təşkilat sədri olaraq çevrəsində mübariz insanların, eyni yolun yolçuları, əqidədaşlarının olması ilə qürur duyduğunu bildirdi. Afət Möhbalı qeyd etdi ki, təşkilatlanma işlərinin düzgün qurulması nəticəsində Xəzər rayon Təşkilatı sıralarına yeni üzvlərin qoşulmasında, təşkilatlanmanın səmərəli təşkil edilməsində , qarşıda duran vəzifələrin uğurla icrasında hər gün daha da yeni uğurlar əldə edir.
Təşkilat müavinlərindən Yeganə xanım, Rəşad bəy, Səxavət bəy, Orxan bəy, Emin bəy, İlham bəy, Əli bəy təşkilat sədrinə gördükləri işlərlə bağlı hesabat verdilər.
Sonra təşkilata qəbul edilən yeni üzv təşkilatçılarla tanış edildi, müavinlərə vəsiqələr verildi, onlara təşkilatda üzərinə düşən işlərlə bağlı məlumatlandırıldı və işlərində uğur diləndi.
Bundan başqa Xəzər rayonu Təşkilatında qarşıda duran məsələlər, görüləcək işlər müzakirə edildi. Təşkilatlanmanın təbliğat işlərinin, nizam-intizamın daha da səmərəli şəkildə təşkil edilməsi üçün bir sıra təkliflər irəli sürüldü və göstərişlər verildi.