Ağ Partiya Mərkəzi Aparatının 28.04.2023-cü il tarixində növbəti iclası keçirilib .
MA sədri Kamran Məmmədlinin rəhbərliyi ilə keçirilən iclasda MA-nın üzvlərinə iclasın gündəliyi ilə bağlı məlumat verilib .
Öncə şöbələrin hesabatı dinlənilib , sonra isə gündəlikdə duran məsələlər üzrə müxtəlif müzakirələr aparılıb . Təşkilat sədri olmayan rayon təşkilatlarına yeni namizədlərin seçilməsi və təqdim olunması ilə bağlı müvafiq tapşırıqlar verilib .
Partiya təbliğatı ilə bağlı da müzakirələr aparılıb .
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb .
