• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

AĞ Partiya Qaradağ RT növbəti iclasını keçirdi

Ağ Partiya Qaradağ R/T sədri Elsevər Əliyevin təşkilatciliği ilə,

30.04.2023 tarixində təşkilatın üzvləri ilə görüş keçirilib. Görüşdə qonaq qismində, AĞ Partiya başqanının 1-ci müavini Əhəd Məmmədli, AĞ Partiya Mərkəzi Aparatın sədri Kamran Məmmədli, AĞ Partiya idarə heyyətin üzvü Ariz Zeynalov,  AĞ Partiya Xanımlar təşkilat sədri Malvina Amirova iştirak ediblər.. 

Görüşdə 44 günlük II Qarabağ müharibəsində mərd oğullarımızdan olan Şəhid Dünyaminin anası da görüşüdə iştirak etmişdir. Görüşdə Əhəd Məmmədlinin Ağ partiyanın gələcək planları, partiyamızın daha da genişlənməsi və inkişafı, ölkəmizin indiki vəziyyəti , mənfi/müsbət amillər və Ağ Partiyanın bu sahədə üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirməsini vurğulanmışdır. Xüsusilə görüşdə diqqəti çəkən məqamlardan biri də Şəhid Dünyaminin anası ilə Əhəd bəy Məmmədlinin söhbəti olmuşdur. Şəhidimizin anası özü daxil bəzi şəhid ailələrinin çəkdiyi çətinliklərin başqanımız Tural bəy Abbaslının çıxışından sonra həll yolunun tapıldığını bildirmişdir. Görüş əsnasında Əhəd bəy Məmmədli şəhid anamıza xarı bülbül nişanı hədiyət etmiş, bəzi üzvlərə üzvlük vəsiqəsi təqdim olunmuş və görüş sonunda xatirə şəkilləri cəkilmişdir. 

  

 

Ağ Partiya Qaradağ R/T mətbuat üzrə sədr müavin:

Məsumə Vəliyeva.