• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Ağ Partiya Xəzər Rayon Təşkilatının ofisi açılıb

Agpartiya.com bildirir ki, açılışda Ağ Partiyanın sədri Tural Abbaslıda iştirak edib .

Tural Abbaslı çıxışında Bakı şəhərinin ən böyük rayonlarından biri olan Xəzər Rayon Təşkilatının ofisinin açılışının partiya həyatında mühüm hadisə olduğunu və rayon təşkilatının fəaliyyətində əhəmiyyətli dərəcədə müsbət rol oynayacağını bildirib. T.Abbaslı həmçinin, partiyanın qarşısında duran vəzifələrdən, eyni zamanda partiyanın əsas ideyası dövlətçilik, milli dəyərlər, Bütöv Azərbaycançılıq və Böyük Turançılıq olduğundan bəhs etdi. Abbaslı ofisin daxili tərtibatında bu yöndə görülən işlərdən məmnun olduğunu bildirdi və qeyd etdi ki, bundan sonra da Xəzər rayon təşkilatında uğurlu işlərin davam etdiriləcəyinə əmindir.

Sədr partiyanın yarandığı gündən keçdiyi çətin və qürurlu yolda gördüyü işlərdən danışdı. Partiya rəhbərliyinin, təşkilat sədrlərinin əzmkarlığı sayəsində Ağ Partiyanın xalq içində nüfuzunun günü-gündən artmasını diqqətə çatdırdı. Bildirdi ki, partiyanın özülü xalqla partiya arasında qarşılıqlı inam, etibar, doğruluqlar əsasında qurulub. Bunun üçün də xalq arasında nüfuzumuzun daha da güclənməsinə görə xalqın partiyamıza olan inamını, etibarını daha da möhkəmləndirilməsi üçün daha da ciddi çalışılmalıdır. Təşkilatlanmanın daha da səmərəli şəkildə təşkil edilməsi üçün bir sıra təkliflər və göstərişlərini verdi.

Eyni zamanda Ağ Partiya Xəzər Rayon Təşkilatının sədri Afət Möhbalı, sədr müavini Səxavət Məmmədov çıxış edərək partiya fəallarını ofisin açılışı münasibətilə təbrik edib.