• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

AĞ Partiyanın bəzi yerli təşkilat sədrlərinə təşəkkürnamələr təqdim olundu

Ağ Partiya Mərkəzi Aparat sədri Kamran Məmmədlinin iştiraki ilə bir qism yerli təşkilat rəhbərləri və səlahiyyətli nümayəndələri ilə iclas keçirilib .

İclas zamanı 2023-cü ilin ilk yarım ilində görülən və bundan sonra görüləcək işlər haqqında danışılıb .

Təşkilat rəhbərlərin qarşısına Ağ Partiya ailəsinin böyüməsi, güclənməsi və xalqa səmərəli xidmət etməsi üçün hədəflər qoyulub, bu yöndə mülahizələr dinlənilib və tapşırıqlar verilib, onların ətrafında müzakirələr aparılıb.

Sonda bir neçə təşkilat sədrlərinə göstərdikləri fəaliyyətə görə təşəkkürnamələr təqdim olunub .