• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

AĞ Partiyanın prezident seçkiləri ilə bağlı qərarı !

AĞ Partiyanın İdarə Heyəti kifayət qədər insani və təşkilati resurslara malik olmasına baxmayaraq 07.02.2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkisində öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib !

Partiya öz namizədi ilə seçkilərdə iştirak etməməyi qəbul olunmuş yeni strategiyasının tərkib hissəsi kimi qəbul edir .

Bu strategiya, ictimai diqqəti mövcud siyasi məsələlərə, vətəndaşların siyasi proseslərdə iştirakının aktiv təmin edilməsinə və ən əsası uzunmüddətli siyasi məqsədlərə hədəflənmişdir .

Bu qərar, həmçinin partiyaya siyasi mühitdə mövqeyini yenidən qiymətləndirmək və gələcək seçki strategiyalarını daha effektiv şəkildə planlaşdırmaq imkanı verir. 

Bu da öz növbəsində gələcəkdə daha güclü və daha təsirli siyasi proses başlatmaq üçün zəmin hazırlayır.

AĞ Partiyanın Ali Orqanı həmçinin, qanunvericiliyə müvafiq olaraq bu seçkiyə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına AĞ Partiya tərəfindən müşahidəçilərin təyin edilməsi haqqında qərar qəbul etmişdir. 

Partiya üzvləri bu seçkidə öz seçimini azad şəkildə ifadə edəcəkdir .