• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

AĞ Partiyanın 7 Fevral prezident seçkiləri ilə bağlı bəyanatı !

Azərbaycan öz müasir tarixində bir sıra mərhələlərdən keçmişdir. Müstəqillik əldə etdikdən sonra hüquqi və siyasi sisteminin formalaşması istiqamətində təlatümlər yaşamışdır. Bu müddət ərzində Vətənin ən böyük problemi işğal amilinin ortadan qaldırılması idi. 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatları ilə Ermənistanın işğalına son verilmiş və ərazi bütövlüyümüz təmin edilmişdir.

Azərbaycan siyasi mühitində bunu edə biləcək istənilən siyasi qüvvə və lider əlbəttə ki, xalqın gözündə etimad əldə edəcəkdi. Biz də siyasi qüvvə olaraq, Ağ Partiya olaraq bu reallığı inkar edə bilmərik. Siyasi və ideoloji fərqimizə və siyasi olaraq münasibətlərimizin müxalifət-iqtidar xarakterinə baxmayaraq yuxarıda qeyd etdiyimiz yolun məntiqi nəticəsi olaraq son prezident seçkilərinin nəticələrini tanıyır, qalib İlham Əliyevi təbrik edir, ona milli dövlət quruculuğunda uğurlar arzu edirik. Hesab edirik ki, bu siyasi reallıq ölkənin daxili siyasi mühitinin daha da sağlamlaşmasına müsbət təsir edəcəkdir.

Xalqımız, dövlətimiz üçün xeyirli olsun.