• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

AĞ Partiya parlament seçkilərinə start verdi !

Aprelin 6-da AĞ Partiya İdarə Heyətinin iclası keçirilib.

AĞ Partiyanın mətbuat xidməti xəbər verir ki, iclasda partiyanın Seçki Qərargahının yaradılması məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra AĞ Partiya Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.

Qərargahın rəhbəri kimi başqan müavini Kamran Məmmədli təsdiq edilib.

Seçki Qərargahının formalaşdırılması və iş planının tərtib olunması yeni təyin olunmuş sədrə həvalə olunub.