• +994 55 754 56 99 (WHATSAPP)
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Tural Abbaslı

Tural Abbaslı —Abbaslı Tural Feyruz oğlu 13 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1999-cu ildə 4 nömrəli Humanitar Fənlər gimnaziyasını bitirib.1999-2003-cü illərdə Müstəqil Azərbaycan  Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin  magistratura pilləsinə daxil olub. 2011-ci il 2 aprel mitinqində təşkilatçı kimi qanunsuz həbs olunduğu  üçün BDU-nun magistratura pilləsini bitirməyinə bir ay qalmış qeyri-qanuni olaraq universitetdən xaric edilib.

 İctimai-siyasi fəaliyyəti:

2000-2016-cı illərdə Müsavat Partiyasının üzvü olub.
2001-2007-ci illərdə Müsavat Gənclər Təşkilatının sədr müavini olub.
2005-2010-cu illərdə Müsavat Partiyası Səbail rayon təşkilatında sədr müavini olub.
2007-2013-cü illərdə Müsavat Gənclər təşkilatının sədri olub.
2007-2014-cü illərdə Müsavat Partiyası Məclis üzvü olub.
2010-2014-cü illərdə Müsavat partiyasının Divan (idarə heyəti) üzvü olub. Seçki ərəfəsində yaradılmış AXCP-Müsavat Blokunun yaradıcılarından biri olmuşdur.
2010-cu ildə İctimai Palatanın həmtəsisçilərindən biri olub.
2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində yaradılmış Milli Şuranın qurucu üzvlərindən biri olmuşdur.
2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olub.
2007-2014-cü illərdə keçirilən piket və mitinqlərin təşkilatçısı kimi dəfələrlə qanunsuz siyasi inzibati həbslərə məruz qalıb.
2011-ci ildə "ərəb baharı" inqilabları ərəfəsində Bakıda keçirilən 2 aprel mitinqinin təşkilatçısı kimi həbs olunaraq 2 il 6 ay həbs cəzasına məhkum edilib və həmin il Beynəlxalq "Amnesty International" təşkilatı tərəfindən vicdan məhbusu kimi elan olunub və dünya səviyyəsində azadlığa çıxması üçün kompaniya başladılıb. Siyasi fəaliyyəti dövründə bir çox siyasi gənclər təşkilatları və hərəkatlarının təsisçilərindən olub.
2015-ci il parlament seçkilərində gənclərin birgə iştirakı üçün yaradılan “Ağ Blok” adlı birliyin təsisçilərindən biridir.
2016-cı ilin fevralında bir sıra müxalifət partiyaları tərəfindən yaradılan Antiböhran Koalisiyasının təmsilçilərindən olub.
2016-cı il 26 iyun taririxində Ağ Partiyasının Başqanı (sədri) vəzifəsinə seçilib və hazırda siyasi fəaliyyətini bu partiyada davam etdirir.
2018-ci il 11 apreldə keçrilən prezident seçkisində öz namizədliyini irəli sürmüşdür. Ancaq kifayət edən imza toplansa da MSK tərəfindən namizədliyi qeydə alınmamışdır.
2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin təsisçilərindən biridir.
2019-cu ildə siyasi partiyaların birliyi olan Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən biri olub.
2020-ci il 9 fevral Milli Məclisə növbədənkənar seçkilərdə 21 saylı Nəsimi Birinci seşki dairəsindən deputatlığa namizəd olub.