• +994 55 754 56 99
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

AĞ Partiyanın parlament seçkiləri ilə bağlı bəyanatı !

Parlament seçkilərin keçirilməsi siyasi baxımdan hər bir ölkə üçün xüsusi önəm daşıyır. Seçkili institutların formalaşması və işləkliyi dövlətin və cəmiyyətin rifahı üçün mühümdür. 2024-cü il Milli Məclisə keçirilən seçkilər artıq başa çatmışdır. Seçki prosesi və nəticələri ilə bağlı olaraq məsələlərə iki aspektdən yanaşmaq lazımdır. Seçkilərə ilkin hazırlıq, namizədlərin qeydiyyatı və seçicilərlə görüşlərin təşkili, təbliğat və təşviqat prosesi Partiyamız üçün normal şəraitdə keçmişdir. Bu dövrdə namizədlərimizlə ATƏT nümayəndələri arasında görüşlər keçirilmişdir.

Seçki prosesinin seçki gününə qədər olan hissəsində Partiya namizədlərimiz post-müharibə dövründə bütöv Azərbaycanda normal prosesin içində olmuşlar.

Lakin seçki günü dairə və məntəqələrdə seçki qanunvericiliyinə zidd olan, müşahidəçilərimiz və namizədlərimiz tərəfindən qeydə alınmış ciddi nöqsanlara yol verilmişdir.

Bu nöqsanlar secki gününə qədər cərəyan normal prosesə ciddi kölgə düşürür, Azərbaycana qarşı bədxahların və düşmənlərin agitasiyasına material verir. Bu seçkilərin keçirilməsi zamanı qeydə alınan qüsurlar və ciddi nöqsanlara Partiya olaraq etiraz edirik. Lakin Partiyamız Azərbaycan qanunları və demokratik prinisplərə uyģun olaraq sivil siyasi mübarizəsini davam etdirir. Biz Ağ Partiyası olaraq siyasi sistemdə gücümüzə uyğun yerimizin bərqərar edilməsində qərarlılığımızı davam etdiririk.