• +994 55 754 56 99
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

“Qürur dolu Qayıdış” filmində təsirli anlar

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Qeyri hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Dinc birgəyaşayış təşəbbüsləri: Hüquqlar, təcrübə - mediada və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” adlı layihə çərçivəsində bu istiqamətdə görülən işlərə dair “Qürur dolu Qayıdış” adlı sənədli film tipində sosial çarx ərsəyə gətirib.

19 oktyabr 2024-cü ildə Türk Ağsaqqalları İctimai Birliyinin akt zalında filmin təqdimat mərasimi keçirilib.

Təqdimatda dövlət qurumlarının təmsilçiləri, tanınmış ictimaiyyət və mədəniyyət nümayəndələri, jurnalistlər və siyasi partiya nümayəndələri iştirak edib.

AĞ Partiyasından sədr müavini Kamran Məmmədli və İH üzvü, sədrin müşaviri Araz Teymurlu iştirak edib. 

QHT-nin icraçı direkrotu, layihənin rəhbəri Elşad Məmmədli layihə çərçivəsində görülən işlərdən, filmin necə ərsəyə gəlməsindən danışıb. Sonra filmə ilkin baxış keçirilib və onunla bağlı ictimai müzakirələr aparılıb.

Ümumilikdə film qənaətbəxş qiymətləndirilib.

Filmin linki: https://www.youtube.com/watch?v=RwLVFG9fQy0