• +994 55 754 56 99
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Avropa Parlamentinin qətnaməsi barədə AĞ Partiyanın bəyanatı

AĞ Partiyası, Avropa Parlamentinin 24 oktyabr 2024-cü il tarixində qəbul edilmiş və Azərbaycana qarşı yönəlmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edir.

Qeyd olunan qətnamənin, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınmış ərazi bütövlüyü və suveren hüquqları ilə ziddiyyət təşkil etdiyi aşkar şəkildə görünməkdədir.

Tarix boyu erməni separatizminin dəstəklənməsi, Ermənistanın təcavüzkar siyasətinə göz yumulması və Azərbaycan mədəni irsinə qarşı vandalizm aktlarına səssiz qalınması, Azərbaycan xalqına qarşı ədalətsiz və qərəzli münasibətin bariz nümunəsidir.

Qarabağda erməni icmasına qarşı guya etnik təmizləmə aparıldığı və tarixi-dini abidələrin məhv edildiyi iddiaları isə tamamilə əsassız, qərəzli və reallıqdan uzaq ittihamlardır.

AĞ Partiyası olaraq bildiririk ki, bu qətnamə sülhə və normallaşma prosesinə əngəl yaradan birtərəfli mövqeni əks etdirir və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri, eləcə də siyasi təzyiqlər qətiyyən qəbulolunmazdır.

Hörmətlə,

AĞ Partiyasının Mətbuat Xidməti