Azərbaycan xalqının son iki yüz illik tarixində yaşadığı təlatüm və faciələrdən, işğal və deportasiyalardan sonra əldə edilən zəfər ümummilli həmrəyliyin müəzzəm bir göstəricisidir. Otuz illik işğaldan sonra Azərbaycan xalqı digər xalqların və dövlətlərin qibtə edəcəyi bir həmrəylik nümunəsi göstərdi.
Siyasi fərqliliklərini bir kənara qoyan bütün milli qüvvələr və xalqın bütün təbəqələri Ali Baş komandanın ətrafında birləşərək beynəlxalq imperialist qüvvələrin dəstəklədiyi Ermənistanı işğal edilmiş ərazilərdən çıxardı. Bu istiqamətdə həyata keçirilən fəaliyyət xalqın, qazi və şəhidlərin, siyasi meylindən asılı olmayaraq bütün siyasi qüvvələrin və təbii ki, Ali Baş Komandanın birgə qələbəsidir. Bu yolda şəhidlər verildi, qazilər oldu.
Ağ Partiya olaraq bu işdə gücünü tamlığında ortaya qoymuş olan hər kəsi Ali Baş Komandanı, milli qüvvələri, göz bəbəyimiz olan şəhid və qazı ailələrini təbrik edirik. Azərbaycanın qələbəsi Türk İslam dünyasının sevinci və iftixarıdır. Var olsun Azərbaycan xalqı, var olsun Azərbaycan ordusu, var olsun Azərbaycan anaları və ataları. Zəfər gününüz mübarək!