Ağ Partiyanın sədri Tural Abbaslı partiyanın yerli təşkilatlarının sədrləri ilə iclas keçirib. Görüş zamanı partiyanın mövcud siyasi fəaliyyətləri, yerli təşkilatların fəaliyyəti və gələcək planları müzakirə olunub.
Tural Abbaslı çıxışında partiyanın əsas prioritetlərini vurğulayıb və yerli təşkilatların fəaliyyətinin ölkə siyasətində daha aktiv rol oynamaq üçün önəmli olduğunu bildirib. O, yerli səviyyədə görülən işlərin partiyanın strateji xəttinə uyğun olmasının vacibliyini qeyd edib.
Sonda Tural Abbaslı yerli təşkilat rəhbərlərinə fəaliyyətlərində uğurlar arzulayıb və son keçirilən parlament seçkilərində təşkilatların fəaliyyətləri ilə əlaqədar təşəkkür edib .