Ağ Partiyasının Bələdiyyə Seçkiləri Namizədləri müəyyən oldu
29 yanvar 2025-ci ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Ağ Partiyası namizədlərinin qeydiyyat prosesi başa çatıb.
Ağ Partiyası sədr müavini və Seçki Qərargahının rəhbəri Kamran Məmmədlinin məlumatına əsasən, Ağ Partiyası tərəfindən 15 namizədin qeydiyyatı təsdiqlənib.
Qeydiyyatdan keçən namizədlər müxtəlif bələdiyyələr üzrə təmsil olunacaq. Siyahıda aşağıdakı şəxslər yer alıb:
1. Ağazadə Mehdi Xilqət - Cəlilabad bələdiyyəsi
2. Bəkirli Tural Seymur - Mingəçevir bələdiyyəsi
3. Kazımov Camal Maksim - Qazax r, Ağköynək-Qarapapaq bələdiyyəsi
4. Həmidova Fərqanə Bəhrəm - Qəbələ r, Soltannuxa bələdiyyəsi
5. Teymurov Ayaz Mahir - Şirvan bələdiyyəsi
6. Quliyev Nayib Bəhrəm - Masallı bələdiyyəsi
7. Məmmədova Lila Abdurahman - Zaqatala bələdiyyəsi
8. Hacıbəyli Rüfət İbrahim - Ağcabədi bələdiyyəsi
9. İsrafil Pərvin İkram - Sumqayıt bələdiyyəsi
10. Həsənova Nərmin Mahir - Gəncə ş, Nizami bələdiyyəsi
11. Səmədova Qələm Fikrət - Ucar r, Qazıqumlaq-Ramal bələdiyyəsi
12. Vəliyev Şəhriyar Nazim - Tovuz r, Qəribli bələdiyyəsi
13. Abasov Səfər Abasağa - Şabran bələdiyyəsi
14. Əzizli İqrar İlqar - Şəki bələdiyyəsi
15. Paşayev Tacəddin Ağakişi - Tərtər r, Buruc bələdiyyəsi
Kamran Məmmədlinin sözlərinə görə, namizədlər ölkənin müxtəlif bölgələrində Ağ Partiyasını təmsil edəcək və hər bir namizəd bələdiyyə idarəetməsində yeniliklər etməyi, şəffaflığı və vətəndaşların mənafeyini qorumağı hədəfləyir.
O həmçinin vurğulayıb ki, Ağ Partiyası seçkilərdə fəal iştirak üçün bütün lazımi hazırlıqları başa çatdırıb və seçiciləri seçkilərdə iştirak etməyə çağırıb.