• +994 55 754 56 99
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Vüsal Əliyev

Vüsal Şövkət oğlu Əliyev 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1990-cı ildə Bakı şəhəri, Nəsimi rayonu, Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbin birinci sinifinə qəbul olan V. Əliyev 2001-ci ildə həmin məktəbdən məzun olmuşdur.
Daha sonra o həmin ildə Suriya Ərəb Respublikasına yollanmış və orada ərəb dilinə yiyələndikdən sonra Şam Universitetininin Jurnalistika və İnformasiya Fakültəsinə qəbul olmuşdur.
2006-cı ildə Azərbaycana döndükdən sonra o, daha çox ərəb dilinin tədrisi ilə məşğul olmuş, ərəb dilindən dilimizə bir sıra kitabların tərcümə edilərək nəşr edilməsinə nail olmuşdur.
V. Əliyev bundan sonra bir müddət Türkiyənin Anadolu Xəbər Agentliyinin Qafqaz nümayəndəliyində, bundan sonra Avropa.info saytında jurnalist kimi fəaliyyət göstərmişdir.
O, 2017-ci ildən AĞ Partiya sıralarına qoşulmuşdur. Hazırda AĞ Partiya idarə heyətinin üzvüdür. Ailəlidir, iki övladı var.

Əlaqə nömrəsi : +994 50 562 65 20 │FacebookInstagram │