Rüfət İbrahim oğlu Hacıbəyli 1985-ci ildə Bərdə şəhərində doğulub.
Qərb Universitetinin Beynəlxalq Münasibətlər fakultəsi bitirib.
2003-2016-cı illərdə Müsavat Partiyasına üzv olub.
Partiyanın Gənclər təşkilatının sədr müavini və Nəsimi rayon təşkilatının sədr müavini olub.
2011-ci il 2 aprel mitinqində iştirakına görə qanunsuz olaraq həbs edilib, 1 il 6 ay həbs cəzasına məhkum edilib,həmin il Beynəlxalq “Amnesty International” təşkilatı tərəfindən vicdan məhbusu kimi elan olunub və dünya səviyyəsində azadlığa çıxması üçün kompaniya başladılıb.
2015-ci il parlament seçkilərində gənclərin birgə iştirakı üçün yaradılan “Ağ Blok” adlı birliyin təsisçilərindən biridir.
2016-cı ildə Ağ Partiyanın başqan müavini vəzifəsinə təyin olunub və hazırda siyasi fəaliyyətini bu partiyada davam etdirir.