Cavid İbrahim oğlu Hacıbəyli 1985-ci ildə Bərdə şəhərində doğulub.
İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsini bitirib.
2003-2016-cı illərdə Müsavat Partiyasının üzvü olub.
Partiyanın Gənclər təşkilatının sədr müavini, Nəsimi rayon təşkilatının sədr müavini olub.
2015-ci il parlament seçkilərində gənclərin birgə iştirakı üçün yaradılan “Ağ Blok” adlı birliyin təsisçilərindən biri olub.
2020-ci il Milli Məclisə keçirilən seçkilərdə 82 saylı seçki dairəsindən qeydə alınmış deputatlığa namizəd olub.
2016-cı ildə Ağ Partiyanın başqan müavini vəzifəsinə təyin olunub və hazırda siyasi fəaliyyətini bu partiyada etdirir.