Abbaslı Nərmin 1994-cü ildə Sumqayıt şəhərində doğulub.
2000-ci ildə Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub.
2011-ci ildə Sumqayıt şəhəri üzrə keçirilən Coğrafiya olimpiyadasının qalibi olub. Həmin il Sumqayıt şəhər Texniki və Təbiət Elmlər liseyindən məzun olub. Eyni ildə də Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2015-ci ildə Xüsusi İstedadlar Fakültəsindən Maliyyə ixtisası (ingilis dili) üzrə məzun olub.
2017-ci ildə İtalyanın Bolonya universitetindən İqtisadiyyat və İqtisadi Siyasət fakültəsinin Səhiyyə İqtisadiyyatı və İdarəolunması ixtisası üzrə, akademik göstəricilərim yüksək olduğu üçün ilk beşlikdə magistratura pilləsinə qəbul alıb.
2020-ci və 2021-ci illərdə müvafiq olaraq Bakı Sağlamlıq Mərkəzində və Neftçilər Xəstəxanasında çalışıb.
2024-cü ildə AĞ Partiyanın idarə heyəti üzvü olaraq 43 saylı Sumqayıt 2-ci seçki dairəsindən deputatlığa namizəd olub.