• +994 55 754 56 99
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Ağ Partiyasının 2025-ci il Bələdiyyə seçkiləri ilə bağlı mövqeyi

Ağ Partiyası olaraq 2025-ci il bələdiyyə seçkilərinin gedişatını yaxından izlədik və prosesdə iştirak etdik.

Seçkiöncəsi mərhələdə, istər namizədlərin irəli sürülməsi və qeydə alınması, istərsə də təbliğat-təşviqat kampaniyası zamanı namizədlərimiz heç bir maneə ilə qarşılaşmadılar.

Ümumilikdə, bu proses mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirildi.

Seçki günü isə həm namizədlərimizin özlərindən, həm də məntəqələrdəki partiya müşahidəçilərindən xüsusi şikayətlər və faktlar daxil olmamışdır. 

Bəzi qüsurlara baxmayaraq, seçki ümumilikdə sakit məcrada keçdi.

Seçki dairələrində Ağ Partiyanın namizədləri arasından qalib gələnlər də var. Onları təbrik edir, ölkəmizin inkişafına töhfə verəcəklərinə inanırıq.Nəzərə alsaq ki, Ağ Partiya ilk dəfədir ki, bələdiyyə strukturlarında təmsil olunacaq o zaman bunu partiya üçün müsbət hal kimi qiymətləndirmək olar.Vətənə, millətə və dövlətə xeyirli-uğurlu olsun!

30 yanvar 2025-ci il