• +994 55 754 56 99
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Ağ Partiyanın bələdiyyə seçkilərində altı namizədi qalib gəldi

Ölkədə keçirilən bələdiyyə seçkiləri başa çatıb. Seçkilərin nəticələrinə əsasən, Ağ Partiyanın namizədlərindən altı nəfər bələdiyyə üzvü seçilib.

Ağ Partiya Seçki Qərargahının rəhbəri Kamran Məmmədli qalib gələn partiya üzvlərini təbrik edərək, onların fəaliyyətində uğurlar arzulayıb. O, müxalifət düşərgəsinin ölkənin idarəçilik, qanunvericilik və bələdiyyə sistemində daha geniş təmsil olunmasının vacibliyini vurğulayıb.

Seçkilərdə qalib gələn Ağ Partiya üzvləri aşağıdakılardır:

Kazimov Camal Maksim – Qazax rayonu, Ağköynək-Qarapapaq bələdiyyəsi

Teymurov Ayaz Mahir – Şirvan şəhər bələdiyyəsi

Quliyev Nayib Bəhərəm – Masallı rayonu, Masallı bələdiyyəsi

Məmmədova Lila Abdurahman – Zaqatala rayonu, Zaqatala bələdiyyəsi

Vəliyev Şəhriyar Nazim – Tovuz rayonu, Qəribli bələdiyyəsi

Əzizli İqrar İlqar – Şəki şəhər bələdiyyəsi

Kamran Məmmədli bələdiyyə üzvü seçilən nümayəndələrin fəaliyyətinin yerli idarəçilikdə mühüm rol oynayacağına inandığını bildirib.