Ağ Partiyası Xocalı şəhidlərini yad etdi
Bu gün Ağ Partiyasının rəhbərliyi və nümayəndələri Xocalı faciəsinin qurbanlarını anmaq üçün Xocalı abidəsini ziyarət ediblər. Partiya üzvləri soyqırım zamanı həlak olan şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Ağ Partiyasının sədri Tural Abbaslı Xocalı faciəsinin bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayaraq, faciənin unudulmayacağını və unudulmasına imkan verilməyəcəyini bildirib:
"Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır. Neçə illər keçsə də, bu vəhşiliyi unutmayacaq və dünyaya unutdurmayacağıq. Hər il olduğu kimi bu il də Xocalı abidəsini ziyarət edərək şəhidlərimizi anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin."
Partiya nümayəndələri Xocalı faciəsinin beynəlxalq miqyasda daha geniş tanıdılması istiqamətində fəaliyyətin vacibliyini qeyd ediblər.