Ağ Partiyasının açıqlaması.
Tik-tok sosial şəbəkə istifadəçisi Rauf Sultanov adlı şəxs 04.05.2025-ci il tarixində canlı yayım açaraq gündəlik həyatında yaşadığı hadisəni hüquq-mühafizə orqanları ilə əlaqələndirərək siyasiləşdirməyə çalışmış və Ağ Partiyasının adından istifadə edərək məişət səviyyəsində olan məsələni ölkədə aparılan və Ağ Partiyasının iştirak etdiyi iqtidar-müxalifət dialoqu səviyyəsinə qaldırmağa cəhd etmişdir. Ağ Partiyası olaraq bildiririk ki, həmin şəxs Ağ Partiyasının heç bir rəhbər strukturunda təmsil olunmur və onun mövqeyinin Partiyaya heç bir aidiyyəti yoxdur. Ağ Partiyası olaraq, ölkədə aparılan sağlam iqtidar-müxalifət dialoqunun inkişafına hər zaman dəstək olduğumuzu bildiririk və bu məsələnin heç bir anlamı olmadığını qeyd edirik.