• +994 55 754 56 99
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Partiya sədrləri görüş keçirib

Bu gün Ədalət partiyasının sədri Mütəllim Rəhimli Ağ Partiyanın sədri Tural Abbaslı ilə görüşüb. 

Ağ Partiya mətbuat xidməti xəbər verir ki, Ədalət partiyasının mərkəzi ofisində baş tutan görüşdə Tural Abbaslı Ədalət Partiyasının sədri seçilməsi münasibətilə Mütəllim Rəhimlini təbrik edib. 

Görüşdə milli birlik platforması çərçivəsində partiyaların əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Siyasi partiyaların həmrəyliyinin müasir mürəkkəb beynəlxalq münasibətlər sistemində vacib olduğu vurğulanıb. Partiya sədrləri həmçinin ölkəmizdə mövcud sosial-iqtisadi və siyasi vəziyyətlə bağlı da müzakirələr aparıblar.