• +994 55 754 56 99
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Ağ Partiya Ağdaş təşkilatı şəhidlərin xatirəsini yad edib

Ağ Partiya Ağdaş təşkilatının rəhbərliyi tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunub. 

Ziyarət zamanı Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Bununla yanaşı, Ağ Partiya Ağdaş rəhbərliyi Ağdaş rayonunun Ağcayayazı kəndindən olan şəhid Əhmədov Faiz Mahmud oğlunun ildönümünə həsr olunmuş anım tədbirində iştirak edib. 

Tədbir zamanı bütün şəhidlərin ruhuna dualar oxunub. Qeyd edək ki, Faiz Əhmədov itkin düşmüş şəhidlərimizdəndir.

Ağ Partiya Ağdaş təşkilatının sədri İmran Məmmədov şəhidlərin xatirəsinin daim uca tutulmasının milli-mənəvi borc olduğunu vurğulayıb. 

Sonda Uca Allahdan bütün şəhidlərə rəhmət, məqamlarının uca olması, qazilərə isə möhkəm cansağlığı dilənib.