AĞ Partiyanın Sabunçu, Sumqayıt, Qazax, Cəlilabad, Goranboy, Xaçmaz və Masallı rayon təşkilatlarının şura üzvləri ilə görüş keçirilib.
Görüşdə təşkilati fəaliyyətin gücləndirilməsi, bölgələrdə aparılan işlərin koordinasiyası, qarşıdakı dövr üçün nəzərdə tutulan planlar və partiyanın ictimai-siyasi fəaliyyət istiqamətləri müzakirə olunub.
Çıxış edənlər rayon təşkilatlarının fəaliyyətinin daha da aktivləşdirilməsinin vacibliyini vurğulayıb, yerli strukturlar arasında əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd ediblər.
Tədbir çərçivəsində partiya fəaliyyətində fəallığı ilə seçilən bir neçə üzv rəhbərlik tərəfindən təltif edilib.
Təltif olunan şəxslərə partiyanın fəaliyyətinə verdikləri töhfəyə görə təşəkkür bildirilib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonda iştirakçılar qarşıdakı dövrdə partiyanın məqsəd və prinsiplərinin daha geniş auditoriyaya çatdırılması istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyini bildiriblər.






