• +994 55 754 56 99 (WHATSAPP)
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Milli Qəhrəman şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.

Milli Qəhrəman şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.

Azərbaycan Ciu-Citsu Federasiyasından aldığımız məlumata görə, beynəlxalq turnir Rövşən Veysəlov adına İdman Klubunun təşkilati dəstəyi ilə keçirilib.

İyulun 31-də Bakı İdman Sarayında baş tutan Ciu-Citsu beynəlxaq turnirdə Azərbaycan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Orta Asiya ölkələrindən tanınmış idmançılar yarışıb.

Qeyd edək ki, tədbirdə Turan Birliyi tərəfindən dəvət olunmuş AĞ Partiya Xanımlar Təşkilatının sədri Malvina Amirova və AĞ Partiya Təşkilatının üzvü Solmaz Aliyeva da iştirak etmişdir. 

Tədbirdə Polad Həşimovun anası Səmayə Həşimova da iştirak edib və böyük etiramla qarşılanaraq görüş masasında yer verilib. Gələn qonaqlar arasında qardaş ölkəmiz Türkiyədən Türk Dünyası Dayanışma və Yardımlaşma Dərnəyi Genəl Başkanı Halil Kanak da iştirak edib.

Sonda xatirə şəkilləri çəkilib.

AĞ Partiya Xanımlar Təşkilatının İH-in üzvü Şəfa Rasimqızı.