Bu gün Ağ Partiya, Qaradaq rayon təşkilatının şura üzvlərinin görüşü keçirilib .
Qaradağ rayon təşkilatının sədri Elsevər Əliyevin təşkilatçılığı ilə baş tutan görüş Sahil qəsəbəsində keçirilib.
Görüşdə AĞ partiya İdarə heyətindən Qaradağ rayon kuratoru Ariz Zeynalov və AĞ Partiya Təşkilat şöbəsinin sədri Tural Qədiməlilidə iştirak edib .
Görüşdə yeni təyinat almış üzvlərlə onların vəzifələri müzakirə olunub.
AĞ Partiya Qaradağ təşkilatının idarə heyyəti formalaşıb .
1. Təşkilat sədri:
Elsəvər Əliyev
2. Sədrin birinci müavini:
Pərviz Hüseynov
3. Mətbuat üzrə müavin:
Sənəm Ələsgərova
4. Maliyyə üzrə müavin:
Xuraman Məmmədova
5. İdyaloji işlər üzrə müavin:
Zülfüqarov Asif
6. Qurup rəhbəri:
Elsəvər Əliyev
7. Qurup rəhbər köməkcisi:
Rafiq Həsənov
8. Qurup rəhbər köməkcisi:
Elməddin Əhmədov
9. Qurup rəhbər köməkcisi:
Cavid Mustafayev
10.Qurup rəhbər köməkcisi:
İlkin Həmidov
Təyinatlardan sonra ölkədə baş verən bir sıra proseslərin təfərruatı haqda fikir mübadilələri aparılıb.
Həmçinin Qaradağ təşkilatının yeni üzvlərinə vəsiqələr təqdim olunub.
Daha sonra heyyət, qəsəbədə şəhidlərin xatirəsi üçün yeni salınmış kiçik bir otağı ziyarət ediblər. Bu otağı şəhidlərin əşyaları, onlara həsr olunmuş kitablarla bəzəyən və yeganə övladı olan Kamal Mirzəliyevi vətən uğrunda şəhid verən Əjdər bəy Mirzəliyevlə görüşülüb.




