Xəzər rayonu Binə qəsəbəsində əsasən Şəhid və Qazi ailələrinin məskunlaşdığı məhəllənin ( Hövsan Südçülük Sovxozu ) sakinləri AĞ Partiyanın Xəzər rayon Təşklatının sədri Afət Möhbalıyevaya məhəllənin su problemi ilə bağlı ərizə ilə müraciət edib.
Müraciətdə deyilir :
Yazıb Sizə bildiriirk ki, Şəhid ailələrinin və Qazilərin yaşadığı bu məhəllənin su problemi həllində bizə hüquqi köməklik göstərəsiniz. Nəzərə alsaq ki, maşınlardan alınan suyun qiyməti çox bahadır, bu səbəbdən texniki sudan istifadə etməyə məcbur oluruq. Bildiyiniz kimi , texniki su da orqanizmdə olduqca ciddi xəstəliklərin yaranmasına səbəb olur. Ən faciəlisi isə odur ki, bu texniki sudan uşaqlarımız da içməyə məcbur olur. Hazırkı dönəmdə bir sıra xəstəliklərin, xüsusən də koronavirusun geniş yayıldığı vaxtda yodlaşdırılmamış, içməyə yararsız texniki sudan istifadə edilməsi gələcəyin əsgəri, atası, anası ... olan uşaqlarımızın sağlamlığında və beləliklə dovlətimizin, xalqımızın gələcəyində ciddi təhlükələr yaradır.
Məhəllə sakinləri olaraq inanırıq ki, AĞ Partiyaya müraciətimizi nəzərə alaraq məhəlləmizin su probleminin həli üçün imkanınız daxilində gərəkli olan bütün köməklikləri göstərəcəksiniz.
Biz də AĞ Partiyanın Xəzər rayon Təşkilatı olaraq bizə müraciət edən vətəndaşlarımızın hər bir problemini öz problemimiz bilirik və partiyamızın, qanunların bizə verdiyi imkanlar daxilində vətəndaşlara əlimizdən gələn köməyi edəcəyik. Onların problemləri həll olunana qədər bu məsələləri nəzarətimizdə saxlayacağıq.
Ətraflı video sujetdə :
Videoya baxmaq üçün linkə toxunun