Avqustun 30-da AĞ Partiyanın Tovuz rayon təşkilatının şura üzvlərinin toplantısı keçirilib.
Görüşdə xalqa xidmət üçün siyasi aktivliyin artırılması, bu yöndə AĞ Partiyanın böyüməsi və millətimizin problemlərinin həllinə dəstək üçün fədakarlıq, təşkilatı məsələlər, ölkədəki rüşvətxorluq, xalqın maddi-sosial durumunun çətin olması və rayon əhalisinin öz problemlərinin həlli üçün siyasi-mənəvi dəstəyin verilməsi məsələləri müzakirə edilib. Eləcə də, Mərkəzi Qərargahın və AĞ Partiya rəhbərliyinin tapşırıqlarının yerinə yetirilməsi üçün yekdiklliklə fikir həmrəyliyi ifadə edilib.
Millətimizin ağır maddi durumu əsas gündəm mövzularından biri olub. Partiya üzvləri rayondakı problemlər və siyasi məsələlərlə bağlı öz fikirlərini, təkliflərini dilə gətiriblər. Həmçinin xalqımızın çətinliklərdən qurtulması üçün aktiv olacaqlarını bildiriblər. Görüş iştirakçılarından olan aktiv üzvlər AĞ Partiyanın Tovuzda ən güclü siyasi partiyaya çevrilməsi üçün öz fəallıqlarını, fikirlərini bölüşüblər. Həmçinin, sürücülük vəsiqəsi, etibarnamələr zamanı qüsurlar, torpaq islahalatı və dövlətdən sosial yardımlarlın verilməsi ilə bağlı problemləri səsləndiriblər.
AĞ Partiyanın səlahyyətli nümayəndələri: Arzu Sayadoğlu və Firdovsi Hüseynovun təşkilatçılığı ilə keçirilən toplantı aktivliyi ilə seçilib. Partiyanın hədəfləri və ölkədəki siyasi şərait, seçkilərə hazırlıq, eləcə də digər hüquqi mövzular danışılıb.
AĞ Partiya üzvləri daha sonra Tovuzdakı Şəhidlər Xiyabanına gedərək vətən savaşında şəhid olan soydaşlarımızın məzarını ziyarət ediblər. Öz vəfa borclarını yerinə yetiriblər.
Görüş xatirə şəkilləri ilə sona çatdırılıb.
AĞ Partiyanın Tovuz toplantıısndan çəkilən fotolar:


Xəbər: Arzu Sayadoğlu