• +994 55 754 56 99 (WHATSAPP)
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Beyləqan Təşkilatı növbəti görüşünü keçirdi

Ağ Partiya sədrinin müavini Rüfət Hacıbəyli bu haqda məlumat verib . Sitat: "Bu gün AĞ Partiya Beyləqan rayon təşkilatının bir qism üzvləri ilə görüşümüz oldu. Rayondakı acınacaqlı vəziyyəti, ölkədəki ictimai-siyasi durumu, partiyanın fəaliyyəti ilə bağlı geniş müzakirələr etdik. Harada oluruqsa insanların acınacaqlı durumu ilə rastlaşırıq. Xalqı əsas üsyana qaldıran orqan isə Sosial Müdafiə Nazirliyidir. Hakimiyyət nümayəndələrinə sözüm odur ki, xalqım dərdini həqiqətən də dinləmək istəyirsinizsə bölgələrdə əvvəlcədən təşkil olunmuş adamlarla yox, birbaşa kasıb camaatın özü ilə danışıb onların dərdlərini dinləyin. Beyləqan camaatı 2- ci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Tək Kəbirli kəndi 20 şəhid verib, kəndin 500-ə yaxın sakini döyüşlərdə iştirak edib."