• +994 55 754 56 99 (WHATSAPP)
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

AĞ Partiya Quba rayon təşkilatının şura üzvlərinin Tural Abbaslı ilə görüşü keçirilib

AĞ Partiyanın Quba rayon təşkilatının şura üzvlərinin partiya sədri Tural Abbaslı ilə Quba rayonunda görüşü keçirilib. Görüşdə Partiya rəhbərliyindən sədrin 1-ci müavini Əhəd Məmmədli, partiyanın sözcüsü Cavanşir Abbaslı , Mərkəzi Aparatın sədri Kamran Məmmədli , başqan müşaviri Səddam Nəcəfov və digər bəzi idarə heyyətinin üzvləri ( Mətləb Aslanov,Vüsal Əliyev ) iştirak edib . 

Quba təşkilatı sədri Elşad Əhmədxanovun təşkil etdiyi görüşdə xalqa xidmət üçün siyasi aktivliyin artırılması, bu yöndə AĞ Partiyanın böyüməsi və millətimizin problemlərinin həllinə dəstək üçün fədakarlıq, təşkilatı məsələlər, ölkədəki rüşvətxorluq, xalqın maddi-sosial durumunun çətin olması və rayon əhalisinin öz problemlərinin həlli üçün siyasi-mənəvi dəstəyin verilməsi məsələləri müzakirə edilib.

Partiya üzvləri rayondakı problemlər və siyasi məsələlərlə bağlı öz fikirlərini, təkliflərini dilə gətiriblər. Həmçinin xalqımızın çətinliklərdən qurtulması üçün aktiv olacaqlarını bildiriblər.

Sonda yeni partiya üzvlərimizə partiya sədri Tural Abbaslı tərəfindən vəsiqələr təqdim olundu .