Bu gün Ağ Partiya, Qaradaq rayon təşkilatının şura üzvlərinin görüşü keçirilib. Qaradağ rayon təşkilatının sədri Elsevər Əliyevin təşkilatçılığı ilə baş tutan görüş Sahil qəsəbəsində keçirilib.
Görüşdə Qaradağ təşkilatının yeni üzvlərinə vəsiqələr təqdim olunub.
Həmçinin görüş zamanı rayon təşkilatının təşkilatlanması , həmçinin ölkənin ictimai-siyasi durumu, partiyanın fəaliyyəti ilə bağlı mövzular geniş müzakirə olundu.


